04.04.2023
04.04.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 2 aprel döyüşlərinə həsr olunmuş "Qarabağın azadlığına gedən yolda ilk qələbə" adlı dəyirmi masa təşkil olunub.Tədbirdə Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Samux rayon filialının sədr müavini, Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Samux rayon Komitəsinin sədri də işitrak edirdi. Tədbirdə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. sonra Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş olunub. Tədbiri açıq elan edən Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin dövlətimizə qarşı növbəti silahlı təxribat törətməsini, lakin qüdrətli Azərbaycan Ordusunun uğurlu əks- hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr vurduğunu bildirib. Qeyd olunub ki, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının 2000 hektardan çox ərazisinin işğalçılardan azad edilməsi, həmin ərazilərin Azərbaycan Ordusunun tam nəzarətinə keçməsi nəticəsində qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşadıb: “Erməni siyasətçilərinin uzun illər öz ordusu haqqında yaratdığı “keçilməz erməni səngərləri” mifi alt-üst edildi. Həmin günlər Azərbaycan xalqının tarixində şanlı “Aprel döyüşləri” günü kimi yadda qaldı. Aprel döyüşləri xalqın Prezidentimizin ətrafında sıx birliyinin ifadəsi, eləcə də milli ordumuzun zəfər yürüşüdür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində
Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır. Tədbirdə Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Samux rayon filialının sədr müavini Vasif Quliyev Aprel döyüşləri haqqında danışıb. Aprel döyüşlərinin yaratdığı ruh yüksəkliyindən, eləcə də əhəmiyyətindən bəhs edərək, Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığının, müdafiə imkanlarının xeyli zəif olduğunu, Azərbaycan Ordusunun peşəkarlıqla həyata keçirdiyi əks-hücum nəticəsində onlara sarsıdıcı zərbələr vurduğunu və hazırda Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında 50-ci yeri tutduğunu bildirib. Çıxışlar zamanı qeyd olunub ki, məhz Aprel döyüşlərinin təcrübəsini ikinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi. Bu gün hər bir azərbaycanlı Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duyur. Bu qüruru bizə
yaşadan Müzəffər Ali Baş Komandana və Rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.